XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

31 İyul 2018 - 11:06

“Prezident seçkilərinin tarixi bu həftə elan ediləcək” –Marqvelaşvili

Gürcüstanda prezident seçkilərinin tarixi bu həftənin sonuna qədər məlum olacaq.

Məlumata görə, prezident Giorgi Marqvelaşvilinin seçkilərin tarixini bu həftə ərzində elan edəcəyi gözlənilir. Hakim partiya və müxalifət son günlər prezidentdən seçkilərin tarixini təyin etməyi tələb edirlər.

Yerli qanunvericiliyə əsasən seçkilərin vaxtı seçkilərə ən azı 60 gün qalmış elan olunmalıdır. Seçkilərin bu ilin oktyabrında keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, Gürcüstanda builki seçkilər dövlət başçısının birbaşa səsvermə yolu ilə seçiləcəyi son seçki olacaq. Prezident 6 il müddətinə seçiləcək. Müddətin başa çatmasından sonra Gürcüstan tam olaraq parlament respublikasına çevriləcək, prezident isə seçicilər kollegiyası tərəfindən seçiləcək/APA.