XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

31 İyul 2018 - 14:31

“Qarabağ”ın oyununu hansı kanal canlı yayımlayacaq? –Klubdan açıqlama

“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniya təmsilçisi “Kukesi”yə qarşı keçirəcəyi oyunu canlı yayımlayacaq telekanal müəyyənləşib.

Strateq.az kluba istinadən xəbər verir ki, matçı “CBC Sport” telekanalı canlı verəcək.

Qeyd edək ki, avqustun 1-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq “Qarabağ” – “Kukesi” görüşü saat 21:00-da start götürəcək. Bu komandalar arasındakı ilk oyun heç-heçə yekunlaşıb – 0:0.