Avqustun 1-də Bakıda “Beynəlxalq Ordu Oyunları-2018” çərçivəsində “Dəniz Kuboku-2018” start götürür.
Bununla əlaqədar Azərbaycan Hərbi Dəniz Qüvvələrinin qərargahında mətbuat konfransı keçirilib. Daha sonra komandalar püşkatma mərasimini və gəmilərə baxış keçiriblər.
Qeyd edək ki, oyunlar üç mərhələdən ibarət olacaq:
1) dəniz hazırlığı üzrə yarışlar;
2) gəmilərin “sağ qalması” üzrə yarış;
3) artilleriya atəşlərinin həyata keçirilməsi.
Hərbi-dəniz yarışlarında Azərbaycan, İran, Qazaxıstan və Rusiya komandaları iştirak edəcəklər/Report.