XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

31 İyul 2018 - 18:05

Avqustda havalar necə olacaq? –Nazirlik aylıq proqnozu açıqladı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, avqustda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur. Avqust ayının birinci ongünlüyündə hava şəraitinin sabit keçəcəyi, şimal küləyinin üstünlük təşkil edəcəyi proqnozlaşdırılır.

Strateq.az ETSN-ə istinadən bildirir ki, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 25-28° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1° yüksəkdir. Havanın hərarətinin gecələr 22-27°, gündüzlər 30-35°, bəzi günlərdə 37-39° isti olacağı bildirilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 6-8 mm) olacağı ehtimal edilir.

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 25-29° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1° yüksəkdir. Havanın hərarəti gecələr 21-26°, gündüzlər 32-37°, bəzi günlərdə 40-42° isti olacaq.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 6-10 mm) ehtimalı var.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 17-22° isti olacağı proqnozlaşdırılır ki, bu da iqlim normasına yaxın və 1° yüksəkdir. Havanın hərarətinin gecələr 15-20°, gündüzlər 22-27°, bəzi günlərdə 30° isti olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 32-55 mm) olacağı bildirilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 24-26° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1° yüksəkdir. Havanın hərarəti gecələr 20-25°, gündüzlər 29-34°, bəzi günlərdə 37° isti olacaq.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (15-27 mm) olacağı ehtimalı var.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında havanın orta aylıq temperaturunun 21-25° isti olacağı gözlənilir ki, bu da iqlim normasını daxilindədir. Havanın hərarətinin gecələr 18-23°, gündüzlər 28-33°, bəzi günlərdə 35-37° isti olacağı ehtimalı var.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 13-116 mm) ehtimal edilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 26-28° isti olacağı proqnozlaşdırılır ki, bu da iqlim normasına yaxın və 1° yüksəkdir. Havanın hərarətinin gecələr 21-26°, gündüzlər 30-35°, bəzi günlərdə 37-40° isti olacağı ehtimal edilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 6-22 mm) olacağı bildirilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 22-27° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın hərarəti gecələr 20-25°, gündüzlər 28-33°, bəzi günlərdə 35-37° isti olacaq.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 13-83 mm) olacağı ehtimalı var.