XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 July 2018 - 19:11

Prezident İlham Əliyev Alan Berseyə məktub ünvanladı –Mətn

Bu gün Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının prezidenti Alan Berseyə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

İsveçrə Konfederasiyasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə İsveçrə arasındakı dostluq əlaqələrinin genişlənməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın dərinləşməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsveçrə xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.