XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

26 Yanvar 2016 - 16:51

 Qanunvericilik, maddi-texniki baza və kadrların peşəkarlığı… – Aydın Əliyev gömrükdəki islahatdan danışdı

7“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrans çərçivəsində gömrük sahəsi üzrə panel iclas keçirilib.

Strateq.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, komitə sədri Aydın Əliyev Azərbaycan Respublikasının Prezidentinin gömrük sahəsində qarşıya qoyduğu vəzifələrin icrası barədə məlumat verib.

Aydın Əliyev deyib: “Burada üç əsas amil lazımdır: qanunvericilik bazası, maddi-texniki baza və kadrların peşəkarlığı. Bu amillərin hər biri bizdə var. Hazırda onların daha da təkmilləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində iş aparılır”.

Gömrük sahəsində ötən il görülən işlər haqda məlumat verən komitənin sədri Aydın Əliyev sahibkarların suallarını cavablandırıb.