XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

31 İyul 2018 - 23:24

Şəhriyar Məmmədyarov vaxtından əvvəl çempion olub –Bildəki turnirdə

Şəhriyar Məmmədyarov isveçrənin Bil Şəhərində yarışın başa çatmasına bir tur qalmış şahmat turnirinin qalibi olub.

Strateq.az “Report”a istinadən xəbər ki, partiyanın doqquzuncu turunda Məmmədyarov ağ fiqurlarla norveçli Maqnus Karlsen üzərində qələbə qazanıb.

Məmmədyarov yeddi xal toplayıb və rəqibləri üçün əlçatmaz olub.

Daha sonra cədvəldə Karlsen, Svidler (hərəyə 5 xal), Vaşye-Laqrav (4,5), Navara (4), Qeorqiadis (1,5) yer alıb.

Yarışın son turu avqustun 1-də keçiriləcək.