XƏBƏR LENTİ

28 Sentyabr 2020

Digər Xəbərlər

01 Avqust 2018 - 22:16

Qatarı stansiyaya çatmamış saxlayan maşinistə töhmət verilib

“Metronun “28 May” stansiyasında qatarı hüdud xəttinə çatmadan sərnişinlərin minib-düşməsi üçün saxlayan maşinistə sonuncu xəbərdarlıqla töhmət verilib”. Bunu “Report”a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədovun sözlərinə görə, maşinist öz səhvini etiraf edib:

“Özü də səmimi etiraf edib ki, ani diqqəti yayınıb. Bunun əsasında bütün təlimatçı-maşinistlərə bütün lokomotiv briqadaları ilə bu nümunə əsasında ciddi iş aparılması üçün ciddi tapşırıqlar verilib”.

Qeyd edək ki, ötən gün səhər saat 08:29-da “İçərişəhər” stansiyası istiqamətində hərəkət edən qatar “28 May” stansiyasında hüdud xəttinə çatmadan dayanıb. Bu zaman sonuncu vaqon tunelin içində oluduğundan qoruyucu dəmirlər qapıların qarşısını kəsib və sərnişinlərin düşüb-minməsində çətinlik yaranıb.