Mərkəzi Afrika Respublikasında (MAR) öldürülən rusiyalı jurnalistlərin meyitləri avqustun 4-də Rusiyaya gətiriləcək.
“Report” xəbər verir ki, bu barədə “İnterfaks”a Mixail Xodorkovskinin Araşdırma İdarəsi Mərkəzinin rəhbəri Andrey Konyaxin bildirib.
“MAR-dakı konsulun bizə verdiyi məlumata görə, meyitlər cümə günü Rusiya tərəfinə veriləcək, şənbə günü isə onlar Moskvaya çatdırılacaqlar”, – mərkəz rəhbəri söyləyib.