XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

02 Avqust 2018 - 09:54

Ağsu və Şamaxı meşəliyində yanğın başlayıb –2 helikopter, 200 canlı qüvvə hərəkətə keçdi

Avqustun 2-də gecə saat 02:30 radələrində Ağsu və Şamaxı rayonlarının sərhəd ərazisində (Ağsu dolaylarında) meşə və meşəətrafı ərazilərdə yanğın baş verib.

Strateq.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülki Müdafiə qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti, Aviasiya dəstəsinin 2 ədəd “Mi-17” helikopteri (200-dən çox şəxsi heyət və 20 texnika), Ağsu Rayon İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları hadisə rayonuna cəlb olunub:

“Yaxınlıqdakı yüksəkgərginlikli elektrik xətləri və tikililər yanğından mühafizə olunub. Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir”.