XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

02 Avqust 2018 - 14:13

Çempionlar Liqasının pley-off mərhələsi –“Qarabağ”ın potensial rəqibləri müəyyənləşib

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

“Report” xəbər verir ki, Ağdam təmsilçisi III təsnifat mərhələsində Belarusun BATE komandasını mübarizədən kənarlaşdıracağı təqdirdə, “səpələnməmişlər” sırasında yer alacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin 7 potensial rəqibi var. Bunlar Hollandiyanın PSV komandası, eləcə də “Zalsburq” (Avstriya) – “Şkendiya” (Makedoniya), “Seltik” (Şotlandiya) – AEK (Yunanıstan) və “Astana” (Qazaxıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) cütünün qalibləridir.

Pley-off mərhələsinin püşkü avqustun 6-da atılacaq. Oyunlar isə 21 və 28 avqustda keçiriləcək.

Qeyd edək ki, “Qarabağ” III təsnifat mərhələsində qalib gələrsə, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq. Əks halda, mübarizəni bu turnirin III təsnifat mərhələsində davam etdirəcək və püşkdə “səpələnmişlər” sırasında yer alacaq.