XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

02 Avqust 2018 - 15:38

Mədəniyyət və İncəsənət Universitetinin yeni rektoru kollektivə təqdim olundu –Nazir tərəfindən

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru vəzifəsinə təyin olunan Ceyran Mahmudova təhsil müəssisəsinin kollektivinə təqdim olunub.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Təhsil nazirinin müavini Firudin Qurbanov prezidentin sərəncamını səsləndirib. Nazir müavini universitetin tarixindən, yaşatdığı ənənələrdən, son illər təhsil sahəsində əldə etdiyi nailiyyətlərdən danışıb. Ceyran Mahmudovanı yeni təyinatı münasibətilə təbrik edən nazir müavini ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

ADMİU-nun rektoru Ceyran Mahmudova da tədbir iştirakçılarını salamlayaraq, yeni təyinatına görə ölkə prezidenti İlham Əliyevə minnətdarlığını bildirib və ona göstərilmiş yüksək etimadı doğrultmaq üçün bütün bilik və bacarığından istifadə edəcəyini deyib/rEPORT.