XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

02 Avqust 2018 - 18:56

İcra Hakimiyyəti: “Ağsu dolaylarında yenidən yanğın başlayıb” –Helikopterlər və yanğınsöndürmə briqadaları cəlb edilib

Ağsu dolaylarında yenidən yanğın başlayıb.

Bu barədə Trend-ə Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini İqbal Mikayılov məlumat verib.

Onun sözlərinə görə, gecə yanğın baş vermiş meşəlik ərazidə yenidən alovlanma başlayıb: “Gecə başlayan yanğın günorta saatlarında söndürülmüşdü. İndi yenidən başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin helikopterləri, yanğınsöndürmə briqadaları cəlb edilib. Hazırda yanğının qarşısının alınması istiqamətində işlər görülür”.