XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

23 Aprel 2015 - 01:43

Ukraynada hərbi əməliyyatlar yenidən başlanacaq?

Rusiya Ukraynanın şərqində HHM sistemləri yerləşdirir

Vaşinqtondan gələn məlumatlara görə, DXR və LXR yaraqlıları rusiyalı təlimatçıların iştirakı ilə daha mürəkkəb hərbi hazırlıq keçirlər.

Strateq.az Amerika nəşrinə əsasən xəbr verir ki, ABŞ Rusiyanı Ukraynanın şərqindəki qondarma Donetsk və Luqansk xalq respublikalarının ərazisində hava hücumundan müdafiə sistemləri yaratmaqda ittiham edib.

ABŞ Dövlət Departamentinin təmsilçisi Meri Xarf bildirib ki, “Rusiya ordusu və separatçı qüvvələr fevralın ortalarında Minskdə imzalanmış sazişi pozmağa davam edirlər”.

Xarfın sözlərinə görə, Rusiya hərbçiləri DXR və LXR silahlı tərəfdarlarının hazırlığı ilə məşğuldur və onlara pilotsuz təyyarələri idarə etməyi öyrədirlər.

Ukrayna hökuməti və Qərb ölkələri Rusiyanı Donbasdakı münaqişəyə birbaşa qatılmaqda ittiham edir, Moskva isə bu ittihamları rədd edir. Dövlət Departamentinin mətbuat katibi deyib ki, “Rusiya hərbçiləri Ukraynanın şərqinə əlavə HHM sistemləri gətirib və cəbhə xəttinin yaxınlığında quraşdırıblar”.

O, qeyd edib: “ötən ilin avqustundan bəri Ukraynanın şərqində ən çox HHM sistemlərinin cəmlənməsi müşahidə olunur”.

Vaşinqton həm də Rusiya qoşunlarının Donbas sərhədində cəmləşməsini bildirib.