XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

03 Avqust 2018 - 14:49

Şəhriyar Məmmədyarov dünya çempionu oldu –Şahmatçımız uğuru təkrarlayan yeganə idmançıdır (Foto)

Azərbaycan şahmatçısı, beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov beynəlxalq şahmat turnirinin qalibi olub. İsveçrənin Bil şəhərində iyulun 21-dən start götürmüş turnirə artıq yekun vurulub.

Strateq.az xəbər veri ki, fəxri kürsünün ən yüksək pilləsinə Şəhriyar Məmmədyarov qalxıb.

Şəhriyar Məmmədyarov yarışın doqquzuncu turunda 57-ci gedişdə ağ fiqurlarla norveçli dünya çempionu Maqnus Karlsen üzərində qələbə qazanıb.

Şahmatçı 1985-ci ildə Sumqayıt şəhərində doğulub. O, dünyada 20 yaşadək şahmatçılar arasında ikiqat Dünya çempionu tituluna sahib olan yeganə şahmatçıdır.

2017-ci ilin mayında dünya şahmat tarixində 2800 Elo reytinq balını keçmiş 13-cü şahmatçı olub. Şəhriyar Məmmədyarov bu uğura imza atmış ilk müsəlman idmançı kimi də tarixə düşüb.