XƏBƏR LENTİ

28 Sentyabr 2020

Digər Xəbərlər

03 Avqust 2018 - 16:17

DGK:"Gömrük postlarında ödəniş məntəqəsinin azlığı vətəndaşların yubanmasına səbəb olur"

Dövlət Gömrük Komitəsi (DGK) gömrükdə ödəniş məntəqələrinin artırılması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib.

Trend-in məlumatına görə, bunu DGK-nın Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəsinin rəisi Azər Abbasov deyib.

A.Abbasov bildirib ki, gömrük postlarında ödəniş məntəqəsinin azlığı bir sıra hallarda vətəndaşların yubanmasına səbəb olur:

“Hazırda hər gömrük postunda bir ödəniş məntəqəsi mövcuddur. Bu isə çox zaman vətəndaşların yubanmasına səbəb olur. Nazirliyə edilən təklif ilə bütün gömrük postlarının idxal və ixrac xətlərinin hər birində ödəniş məntəqələrinin yaradılmasına nail olmaq istəyirik. Bununla da hər gömrük postunda ümumilikdə iki ödəniş məntəqəsi olacaq ki, bu da sürətli keçid üçün daha əlverişli imkan yaradacaq”.