XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

03 Avqust 2018 - 19:21

Orxan Camal Moskvada dəfn ediləcək

“Orxan Camal Moskvada Xovanski qəbiristanlığının müsəlman bölməsində dəfn ediləcək”.

“Report” xəbər verir ki, bu barədə RT-yə jurnalist, Orxan Camalın dostu Maksim Şevçenko bildirib.

“Meyit zəruri məhkəmə-tibbi ekspertiza prosedurlarının həyata keçirilməsi üçün hava limanından İstintaq Komitəsinin meyitxanasına gətiriləcək. Çox ümid edirəm ki, bu araşdırmalar kimin atəş açdığını, hansı silahdan, hansı güllədən, hansı məsafədən və s. atəş açıldığını müəyyənləşdirəcək”, – o deyib.

Jurnalist qeyd edib ki, Orxan Camalın Moskvada dəfn edilməsinə dair qərarı ailə üzvləri veriblər.