XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

05 Avqust 2018 - 10:12

Orxan Camalın cənazəsi Moskvaya gətirildi –Jurnalist nə vaxt dəfn olunacaq?

Mərkəzi Afrika Respublikasında güllələnərək qətlə yetirilmiş rusiyalı jurnalistlərin, o cümlədən əslən azərbaycanlı olan Orxan Camalın cənazələri “Air France” aviaşirkətinin “1144” saylı reysi ilə Moskvaya gətirilib.

TASS xəbər verir ki, “FlightAware” onlayn portalının məlumatına görə, layner yerli vaxtla 00:21-də Şeremetyevo hava limanına eniş edib.

Orxan Camalın dostu Maksim Şevçenko bildirib ki, meyitlər səhər saatlarında morqa təhvil veriləcək.

“Meyitlər bizə dərhal verilməyəcək, onlar istintaqa təhvil veriləcək”, – deyə Şevçenko bildirib. O, həmçinin əlavə edib ki, Rusiya İstintaq Komitəsi tərəfindən ekspertizanın aparılmasına azı 2 gün sərf olunacaq.

Şevçenko bildirib ki, Orxan Camal, ilkin məlumata görə, avqustun 8-də dəfn olunacaq. Jurnalistlə vida mərasimi Moskvanın Cümə məscidində olacaq/Report.