XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

06 Avqust 2018 - 16:32

Mehman Hüseynov anasının dəfninə buraxılacaq? –Penitensiar Xidmətdən açıqlama

Xəbər verdiyimiz kimi, həbsdə olan video-bloqer Mehman Hüseynovun anası vəfat edib.

Penitensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov unikal.org-a açıqlamasında bildirib ki, həbsdə olan bloggerin vəkili Şəhla Hümbətova Qaradağ rayon Qızıldaş qəsəbəsindəki 14 saylı Cəzaçəkmə Müəssisəsində Mehman Hüseynovla görüşüb.

Qeyd edək ki, Mehman Hüseynov cəzaçəkmə müəssisəsinin rəisinə müraciət edəndən sonra, bu gün onun anasının dəfnində iştirak etmək üçün müvəqqəti azadlığa buraxılacağı gözlənilir.