XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

06 Avqust 2018 - 18:52

Əlahiddə Ümumqoşun Orduda yeni tədris dövrü başlayıb –Açıqlama

Əlahiddə Ümumqoşun Orduda yeni tədris dövrü başlayıb. 

Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən verilən məlumata görə, ötən həftə Əlahiddə Ümumqoşun Ordunun birləşmə, hissə və bölmələrində yeni tədris dövrü başlayıb.

Döyüş hazırlığı üzrə sutkanın gecə və gündüz vaxtlarında bölmələr həyəcan siqnalı ilə məşq etdirilib. Şəxsi heyətin praktiki vərdişlərinin, komandirlərin bölmələri idarəetmə bacarıqlarının və bölmələrin uzlaşmış fəaliyyətlərinin daha da təkmilləşdirilməsi məqsədi ilə döyüş şəraitinə maksimum yaxınlaşdırılmış şərtlərlə praktiki təlim və məşğələlərin keçirilməsinə başlanılıb/Report.