XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

06 Avqust 2018 - 22:17

Azərbaycanda gəmi ilə ən çox Ələt-Aktau istiqamətində səfər edilir- “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin elektron bilet sifarişi xidmətinə maraq artır. Belə ki, bu ilin ilk altı ayında elektron qaydada 73 bilet alınıb, onlardan 10-nu iki tərəfli olub.

QSC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, gediş-gəlişin ən çox müşahidə olunduğu istiqamət Ələt-Aktaudur.

Xatırladaq ki, elektron bilet xidməti ölkəmizdən keçən beynəlxalq nəqliyyat marşrutlarına cəlbediciliyin yüksəldilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə ilə yük və sərnişin daşımalarında sənədləşmənin sadələşdirilməsi və operativliyin artırılması məqsədilə tətbiq olunur. Xidmətdən istifadə üçün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin internet saytında onlayn ödəniş üçün müvafiq xanalar doldurulmalıdır. Ro-Ro və bərə gəmiləri ilə müxtəlif tipli avtomobillərin və sərnişinlərin daşınması sifarişini https://public.acsc.az/online/payment/index/az/ internet ünvanına daxil olmaqla sifariş etmək mümkündür.

Yükün növü, yüklənmə və gediş limanları, ödəyən şəxs və daşınan nəqliyyat vasitəsi barədə məlumatlar daxil edildikdən sonra biletin qiyməti avtomatik hesablanır. Bu sistem istifadəçi üçün vaxt itkisinin qarşısının alınması baxımından çox əlverişlidir.