XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

06 Avqust 2018 - 23:12

İndoneziyadakı zəlzələdə xəsarət alan və ölənlər arasında Azərbaycan vətəndaşı varmı? –XİN-dən açıqlama

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Lombok adasında baş vermiş zəlzələ ilə əlaqədar İndoneziya xalqına başsağlığı verib.

Başsağlığı Azərbaycan XİN-in rəsmi “Twitter” səhifəsində yayılıb.

Başsağlığında deyilir:

“Lombok adasında baş verən zəlzələ xəbəri bizi dərindən kədərləndirdi. Biz həlak olanların ailələrinə və bütün İndoneziya xalqına dərin hüznlə başsağlığı veririk və yaralıların tezliklə sağalmasını arzulayırıq”.

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin sözlərinə görə, İndoneziyadakı zəlzələdə xəsarət alan və ölənlər arasında Azərbaycan vətəndaşı yoxdur.