XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

07 Avqust 2018 - 15:14

“Qarabağ”ın rəqibinin daha bir oyunu təxirə salınıb

Bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Qarabağ”la qarşılaşacaq BATE komandasının Belarus çempionatındakı oyunu da təxirə salınıb.

“Report” klubun saytına istinadən xəbər verir ki, Borisov təmsilçisinin XVIII tur çərçivəsində “Dinamo” (Brest) ilə avqustun 18-ə nəzərdə tutulan matçı oktyabrın 31-də keçiriləcək. Bundan öncə BATE-nin Belarus Kubokunun 1/8 finalında “Qorodeya” ilə görüşü də təxirə salınıb. Həmin qarşılaşma noyabrın 17-də təşkil olunacaq.

BATE avqustun 14-də evdə “Qarabağ”a qarşı keçirəcəyi matça daha yaxşı hazırlaşmaq üçün bu addımı atıb.

Qeyd edək ki, “Qarabağ” avqustun 10-da Azərbaycan Premyer Liqasının I turu çərçivəsində “Zirə”ni qəbul edəcək. Ağdam təmsilçisi bu oyunun təxirə salınması ilə bağlı Peşəkar Futbol Liqasına müraciət etməyib.