XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

08 Avqust 2018 - 16:15

Jurnalistlərə insan hüquqları sahəsində təlim keçirilib- “KİV-də insan hüquqlarının qorunması” adlı kitabça hazırlanır (FOTO)

İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsləri İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Jurnalistlərin insan hüquqları sahəsində bilik və bacarıqlarının artırılmasına yardım göstərilməsi” layihəsini həyata keçirir.

Layihə KİV-in insan hüquqlarının qorunmasında rolunun gücləndirilməsi, KİV-in fəaliyyətində insan hüquqlarının qorunması probemlərinin həllinə maarifçilik tədbirləri vasitəsilə yardım göstərilməsini nəzərdə tutur.

Layihə çərçivəsində aparıcı xəbər saytlarını və portallarını təmsil edən 20 jurnalist üçün“İnsan hüquqlarının qorunmasında KİV-in rolu” mövzusunda2 təlim keçirilib. 5 saatlıq bir təlim kursu “Təqsirsizlik prezumsiyası”, “Fərdi və kommersiya sirlərinin qorunması”, “Diffamasiya”, ““Azərbaycan Jurnalistlərinin Peşə Davranışı qaydaları” və insan hüquqları” mövzularını əhatə edib. Təlim iştirakçıları təlimçilərin təqdim etdiyi keyslər üzrə üzrə çox maraqlı müzakirələr aparıblar.

Xüsusən, “jurnalist borcu, marağı, reportyor işinin xüsusiyyətləri və fərdi məlumatların qorunması”, “publik şəxslərin fərdi həyatı ilə bağlı məsələlərin işıqlandırılması”, “məhkəmə iclaslarından reportajlar, hüquq-mühafizə orqanlarından əldə edilən məlumatların işlənməsi” mövzularında təqdim edilən keyslər üzrə qrup çalışmaları iştirakçılar üçün çox faydalı olub.

Layihə çərçivəsində “KİV-də insan hüquqlarının qorunması” adlı kitabça hazırlanması başa çatmaq üzrədir. Kitabçada KİV-in fəaliyyətində insan hüquqlarının qorunması və KİV-in insan hüquqlarının qorunmasında rolu ilə bağlı müxtəlif aspektlər əhatə ediləcək.

Kitabça jurnalistlər üçün bələdçi rolunu oynamaqla, onları istiqamətləndirməyə xidmət edəcək.