XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

09 Avqust 2018 - 21:08

Lənkəranda 60 yaşlı kişi Xəzər dənizində boğuldu –FHN-dən açıqlama

Fövqəladə Hallar Nazirliyindən (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lənkəran şəhərində dənizdə, ən yaxın xilasetmə məntəqəsindən 400 metr məsafədə nəzarətsiz ərazidə bir nəfərin batması barədə məlumat daxil olub.

Strateq.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb edilmiş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu 1959-cu il təvəllüdlü Ağayev Mirnazim Mirhəsən oğlunun cəsədini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.