XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

09 Avqust 2018 - 23:53

İstanbul aeroportunda iki sərnişin təyyarəsi toqquşub –VİDEO

Mərakeşin “Royal Air Maroc” aviaşirkətinə məxsus sərnişin təyyarəsi İstanbulun Atatürk beynəlxalq hava limanında “Turkish Airlines”ın layneri ilə toqquşub.

TASS xəbər verir ki, bu barədə cümə axşamı yerli “Hurriyet” qəzeti yazıb.

Hadisə beynəlxalq terminal yaxınlığındakı təyyarə dayanacağı zonasında baş verib. Mərakeş layneri öz çıxışına doğru hərəkət edərkən, məlum olmayan səbəblərdən qanadı ilə “Turkish Airlines”a məxsus təyyarənin gövdəsinin arxa hissəsinə toxunub. Türkiyə təyyarəsi çıxış yaxınlığında dayanıb və Ciddəyə (Səudiyyə Ərəbistanı) uçmağa hazırlaşırmış.

Hər iki təyyarə zədələnib. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Hadisə ilə bağlı araşdırmalara başlanılıb/Report.