XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

10 Avqust 2018 - 21:36

Marşrut avtobus zəncirvari qəza törətdi –Üç nəfər ağır xəsarət alıb

Sumqayıt şəhərində sərnişin avtobusunun zəncirvari qəzası 3 nəfəri xəstəxanalıq edib.Hadisə 2-ci məhəllə ərazisində baş verib.

Belə ki, Sumqayıtda sərnişin daşıma ilə məşğul olan 7 nömrəli marşurut, idarəetməni itirərək, “KİA” və “Hyundai” markalı minik avtomobillərinə dəyərək, zəncirvari qəza törədib. Nəticədə minik avtomobillərində olan şərnişinlər 1980-ci il təvəllüdlü Məmmədov Anar Zahid oğlu, 1993-cü il təvəllüdlü Həsənova Nigar Əmirəhməd qızı və 1993-cü il təvəllüdlü Həsənova Zərifə Cəbrayıl qızı xəsarət alaraq xəstəxanaya çatdırılıblar.

Məlumata görə, hər üç yaralının vəziyyəti qənaətbəxşdir. Faktla bağlı araşdırma aparılır.