XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

11 Avqust 2018 - 14:52

Bakı-Balakən sərnişin qatarı təbii fəlakət səbəbindən yolda qalıb- RƏSMİ

Aramsız yağan leysan yağışlarının təsiri nəticəsində Zaqatala rayonunun ərazisindən keçən Lahıc çayı dəmir yolunun Qax-Zaqatala mənzilinin 132-ci km-də dəmir yolundan 2 km aralı məsafədə məcrasını dəyişib, 300 metr məsafədə dəmir yolu yatağını yuyaraq zədələyib.

Azərbaycan Dəmir Yolları QSC-dən Trend-ə verilən məlumata görə, bu səbəbdən Bakı-Balakən marşrutu ilə hərəkət edən 664 №-li sərnişin qatarı Qax stansiyasına qədər hərəkət edib. Belə ki, Zaqatala və Balakən stansiyalarına gedən sərnişinlər Qax stansiyasından avtobuslarla mənzil başına yola salınıblar.

Hal-hazirda təbii fəlakət yerində – dəmir yolunda bərpa işləri aparılır.
Bu gün Balakən-Bakı sərnişin qatarı Bakıya Qax stansiyasından yola salınacaq.

Sərnişinlərin nəzərinə çatdırılır ki, 11 avqust 2018-ci il tarixdə Bakı-Balakən sərnişin qatarı Bakıdan cədvəl üzrə yola salınacaq.