Zaqatalada çay daşıb,12 ailə kənddə köməksiz vəziyyətdə qalıb.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Höytala və Vöhtala kəndləri ərazisindən axan Qara çayın daşması nəticəsində Vöhtala kəndinə gedən piyada körpüsü dağılıb.
Suyun səviyyəsinin həddindən artıq artması kənddə yaşayan 12 ailəni köməksiz vəziyyətdə qoyub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata əsasən, subasma ərazisində köməksiz vəziyyətdə qalmış vətəndaşların təhlükəsiz əraziyə köçürülməsi, suçəkmə işlərinin və digər təxirəsalınmaz tədbirlərin görülməsi üçün FHN-nin Aviasiya dəstəsinin “Mi-17” helikopteri, Mülki müdafiə qonşunlarının şəxsi heyəti, Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvəlləri və texnikası hadisə rayonlarına cəlb olunub.