XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

12 Avqust 2018 - 14:14

Xarici gəmilər Bakı limanını tərk etdi –Beynəlxalq müsabiqə başa çatıb

“Dəniz kuboku-2018” beynəlxalq müsabiqəsində iştirak etmək üçün ölkəmizdə olan xarici dövlətlərin hərbi gəmiləri öz ölkələrinə yola düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin “Cövşən”, “Peykan” raket katerləri, Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Volqodonsk” və “Mahaçkala” kiçik artilleriya, eləcə də “SB-45” xilasetmə yedək və Qazaxıstan Respublikası Hərbi Dəniz Qüvvələrinin “Manqistau” raket-artilleriya gəmiləri avqustun 12-də Bakı limanını tərk edib.