XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

12 Avqust 2018 - 22:59

Nişan mərasimində kütləvi zəhərlənmə –10 nəfər xəstəxanaya çatdırılıb

Mingəçevirdə məclisdə mədə bağırsaq pozuntusu keçirən 7 nəfər xəstəxanaya yerləşdirilib.

Hadisə Günəşli yaşayış massivində keçirilən nişan mərasimində baş verib. Belə ki, qonaqlar arasında kütləvi mədə-bağırsaq pozuntusu yaşanıb. Halı pisləşən 10-a yaxın məclis iştirakçısı xəstəxanaya çatdırılıb. Həmin şəxslərdən durumu daha ciddi olan 7-si xəstəxanaya yerləşdirilib. Onlar aşağıdakılardır:

Aşurov Osman Şahlar oğlu – 2004-cü il təvəllüdlü, Mingəçevir şəhər sakini

Aşurova Xumarə Anar qızı – 1996-cı il təvəllüdlü, Ağdaş rayon sakini

Aşurova Mətanət Ramiz qızı – 1982-ci il təvəllüdlü, Ağdaş rayon sakini

Aşurova Səidə Şahlar qızı – 2003-cü il təvəllüdlü

Nəbiyeva Zinyət Ələddin qızı – 1961-ci il təvəllüdlü, Mingəçevir şəhər sakini

Mirzəliyeva Şəfa Elnur qızı – 1952-ci il təvəllüdlü, Mingəçevir şəhər sakini

Mirzəliyeva Şəfəq Təhməz qızı – 2014-cü il təvəllüdlü, Mingəçevir şəhər sakini

Əldə edilən ilkin məlumata görə, qonaqlarda mədə pozuntusu ”Paytaxt” salatından istifadə olunandan sonra baş verib.

Faktla bağlı araşdırma aparılır. (Report)