XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

13 Avqust 2018 - 14:56

İran Azərbaycanla danışıqlara başlayıb- Elektrik enerjisinin Rusiyaya tranziti üçün

İran elektrik enerjisinin Rusiya ərazisinə tranziti üçün Azərbaycanla danışıqlar aparır.

Trend-in məlumatına görə, bunu İranın energetika naziri Rza Ardakanian deyib.

Nazir bildirib ki, İranın şimal qonşuları vasitəsilə Avropanın elektrik şəbəkələrinə qoşulması mümkün ssenarilərdən biridir.

Onun sözlərinə görə, İran həmçinin Pakistan, Əfqanıstan, Türkmənistan, Azərbaycan, Türkiyə və İraqla elektrikr enerjisi mübadilə etmək niyyətindədir.

Qeyd edək ki, bu ilin aprelində Azərbaycan, Rusiya və İranın energetika nazirləri 3 ölkənin enerji sistemlərinin birləşdirilməsi üzrə işçi qrupunun yaradılması məsələsini müzakirə etmişdi.