XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

14 Avqust 2018 - 14:01

İraq və Suriyada on minlərlə İŞİD-çi var –BMT hesabat açıqladı

İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının İraqda və Suriyanın böyük hissəsində hərbi məğlubiyyətinə baxmayaraq, hər iki ölkədə 20 mindən 30 minədək yaraqlı var. Bunu BMT-nin hesabatına əsasən demək olar.

Avqustun 13-də açıqlanmış hesabatda bu rəqəmin hökumətlərdən gəldiyi bildirilir, amma hansı hökumətlərdən söhbət getdiyi açıqlanmır.

Hesabata görə, yaraqlılar İraqla Suriya arasında bərabər paylanıblar. Təhlükəsizlik Şurasına təqdim olunmuş hesabatı İŞİD-ə və Əl-Kaida qruplaşmasına sanksiyaların monitorinqini aparan ekspertlər hazırlayıb.

Ekspertlər bildirir ki, İŞİD-in əsas əməliyyatçıların çoxu Əfqanıstana göndərilir və bu ölkədə qruplaşmanın 3 min 500 – 4 min döyüşçüsü var.

Əbu Bəkr əl-Bağdadinin rəhbərlik etdiyi qruplaşmanın Liviya, Cənubşərqi Asiya və Qərbi Afrikada da tərəfdarlarının olduğu bildirilir.

İŞİD 2014-cü ildə İraqda və Suriyada böyük ərazilər ələ keçirib. Amma 2018-ci ilin yanvarınadək artıq Suriyada tutduğu yerlər xeyli daralmışdı. (azadlıq.org)