XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

14 Avqust 2018 - 15:32

Avtovağzal gücləndirilmiş iş rejimində işləyəcək –Qurban bayramında

Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) qarşıdan gələn Qurban bayramı ilə əlaqədar yarana biləcək sərnişin sıxlığının qarşısını almaq məqsədilə iş qrafikində dəyişiklik edib.

Kompleksdən verilən məlumatına görə, avqustun 15-dən 27-nə qədər BBAK gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bayram ərəfəsində 600-dən çox reyslə 16 mindən çox sərnişin daşınması nəzərdə tutulur: “Müqayisə üçün qeyd edək ki, hazırda gün ərzində 400-440 nəqliyyat vasitəsilə, təxminən, 12 min sərnişin Avtovağzaldan yola salınır. Sərnişinlər biletləri BBAK-ın kassalarından və ya onlayn qaydada – www.bbak.az saytından 10 gün öncədən əldə edə bilərlər.  Nəqliyyat vasitələrinin fəaliyyətinə xüsusi komissiya nəzarət edəcək.

Əlavə sual və təkliflər üçün vətəndaşlar 012 406 01 58/59 nömrələrinə müraciət edə bilərlər”.