Azərbaycan Milli Elmlər Akademiyasının “Yüksək Texnologiyalar Parkı”nın ümumi məsələlər üzrə direktor müavini Elxan Bayramov texnoparkın direktor vəzifələrini müvəqqəti icra edən təyin olunub.
Bu barədə “Yüksək Texnologiyalar Parkı” ndan Strateq.az-a verilən məlumata görə, E.Bayramov bu vəzifədə Vüqar Babayevi əvəz edib.
Qeyd edək ki, V.Babayev hazırda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar elm və informasiya məşvərət mərkəzinin baş direktor vəzifəsini tutur.