XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Avqust 2018 - 20:17

Zaqatala Rayon İcra Hakimiyyəti:"Leysan yağışlar nəticəsində əkin sahələrinə xeyli ziyan dəyib"

Son günlər ölkədə müşahidə olunan qeyri-sabit hava şəraiti kənd təsərrüfatına da ziyan vurub.

Zaqatala Rayon İcra Hakimiyyətinin Kənd təsərrüfatı və bitkiçilik şöbəsinin müdiri Vaqif Şabanovun Trend-ə verdiyi məlumata görə, rayon ərazisinə yağan leysan yağışlar nəticəsində əkin sahələrinə xeyli ziyan dəyib.

V.Şabanov bildirib ki, yağış suları əsasən fındıq, yonca, qarğıdalı və soya sahələrinə zərər vurub: “Həmin ərazilərdən su çəkilsə də, lil qatı qalmaqdadır. Əkin sahələrində 30-40 santimetr lil var. Lil olduğundan texnika tarlalara girə bilmir”.

İcra Hakimiyyətinin rəsmisi qeyd edib ki, rayon Fövqəladə Hallar Komissiyası hazırda dəymiş ziyanın hesablanması ilə məşğuldur, yekun rəqəmlər yaxın günlərdə açıqlanacaq.