XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

14 Avqust 2018 - 22:49

“Qarabağ” BATE ilə bacarmadı –Komandamız Çempionlar Liqası ilə vidalaşdı

Bu gün “Qarabağ” komandası Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Belarusun BATE komandası ilə qarşılaşıb.

Strateq.az xəbər verir ki, oyunda hesabı BATE açıb. 20-ci dəqiqədə İvanic qol vurub.

“Qarabağ” bu qolun əvəzini 54-cü dəqiqədə Mişelin zərbəsi ilə çıxıb – 1:1.

77-ci dəqiqədə isə komandamızın hücumçusu Emeqhara ikinci sarı kartla meydandan qovulub.

Beləliklə, oyun bu hesabla başa çatıb və “Qarabağ” iki oyunun nəticəsinə görə Çempionlar Liqasına vida edib.

Qeyd edək ki, bu komandalar arasındakı ilk qarşılaşma Belarus klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.