XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

15 Avqust 2018 - 00:22

“İtaliyadakı körpü uçqununda zərərçəkənlər arasında azərbaycanlı yoxdur” –XİN açıqladı

İtaliyanın Genuya şəhərində körpünün dağılması nəticəsində zərərçəkənlər arasında azərbaycanlı yoxdur.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, həlak olan və ya yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşının olması qeydə alınmayıb.

Onun sözlərinə görə, məsələ ilə əlaqədar Azərbaycanın İtaliyadakı səfirliyi ilə mütəmadi əlaqə yaradılır.

Qeyd edək ki, Genuyada körpünün bir hissəsinin dağılması nəticəsində 22 nəfər həlak olub, 13 nəfər yaralanıb.