XƏBƏR LENTİ

27 Yanvar 2021

Digər Xəbərlər

15 Avqust 2018 - 14:44

Mehman Hüseynov ərizə yazıb –Bloqçu cəzasının yarısını çəkib

Həbsdəki bloqçu Mehman Hüseynov vaxtından əvvəl şərti azadlığa buraxılması barədə ərizə ilə məhkəməyə müraciət edib.

Bu barədə “Azadlıq” radiosuna onun vəkili Şəhla Hümbətova danışıb. Onun bildirdiyinə görə, müraciət bloqçunun cəzasının yarısını çəkməsi ilə əsaslandırılıb.

Ərizə hələ 4 gün öncə, avqustun 10-da Qaradağ Rayon Məhkəməsinə təqdim edilib. Vəkilin sözlərinə görə, məhkəmə bu tip müraciətlərə on gün ərzində baxmalıdır.

Mehman Hüseynov anası Firəngiz Hüseynovanın vəfat etməsi ilə əlaqədar olaraq ötən həftə qısa müddətə evə buraxılmışdı. O, hazırda 17 saylı Cəzaçəkmə Müəssisəsinə saxlanır.