XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

15 Avqust 2018 - 20:28

Voleybol yığmamız İsveç komandasını məğlub etdi –İlk oyun qələbə ilə bitdi

Voleybol üzrə kişilərdən ibarət Azərbaycan milli komandası 2019 CEV Avropa Çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

Strateq.az “Report”-a istinadən xəbər verir ki, G qrupunda mübarizə aparan yığma İsveçlə üz-üzə gəlib.

Dərnəgül Voleybol Mərkəzində baş tutan qarşılaşma Azərbaycan millisinin əzmkar qələbəsi ilə başa çatıb – 3:2.

İlk iki setdə rəqibinə məğlub olan yığma növbəti üç setdə qələbə qazanıb. Bu nəticədən sonra Azərbaycan millisi aktivinə 2, İsveç isə 1 xal yazdırıb.

Qeyd edək ki, Azərbaycan yığması növbəti oyununu avqustun 18-i səfərdə Lüksemburqa qarşı keçirəcək.

Avropa çempionatı seçmə mərhələsi, I tur

Azərbaycan – İsveç 3:2 (23:25,19:25, 26:24, 25:22, 15:10)