Baş prokuror Zakir Qaralovun avqustun 17-nə nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, qəbul avqustun 24-də, saat 10:00-da Saatlı rayon Prokurorluğunun inzibati binasında keçiriləcək.
Z.Qaralov həmin gün Şirvan şəhər, Saatlı, Sabirabad, Salyan və Hacıqabul rayon sakinlərini qəbul edəcək.