XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

16 Avqust 2018 - 13:55

Bu gün “Qarabağ” klubunun rəqibi məlum olacaq –UEFA Avropa Liqası

Ağdamın “Qarabağ” futbol klubunun UEFA Avropa Liqasındakı rəqibi avqustun 16-da müəyyənləşəcək.

Qeyd edək ki, Ağdam təmsilçisi play-off mərhələsində “Şerif” (Moldova) – “Valur” (İslandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu komandalar arasındakı ilk oyun “Şerif”in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Hər iki klub avqustun 16-da cavab qarşılaşmasında üz-üzə gələcək.

Ağdamlılar bu cütün qalibi ilə ilk oyunu avqustun 23-də keçirəcəklər. Cavab qarşılaşması isə avqustun 30-da oynanılacaq.

Onu da qeyd edək, “Qarabağ” klubu UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Sloveniyanın “Olimpiya” klubunu, ikinci mərhələdə Albaniyanın “Kukesi” komandasını mübarizədən kənarlaşdırıb. Ağdamlılar III təsnifat mərhələsində BATE (Belarusun) səddini keçə bilməyərək UEFA Avropa Liqasında mübarizə aparmalı olub/Azərtac.