XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 January 2016 - 20:47

 Lavrov MDB ölkələrinin səfirlərini səhər yeməyinə toplayıb –Polad Bülbüloğlu da iştirak edib

lavrovRusiya Xarici İşlər naziri Sergey Lavrovun adından MDB ölkələrinin Moskvada akkreditə olunmuş səfirləri üçün ənənəvi səhər yeməyi təşkil olunub.

Strateq.az AzərTac-a istinadən xəbər verir ki, görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.

Görüş zamanı bu ölkənin xarici siyasət idarəsinin rəhbəri MDB formatında inteqrasiya proseslərinin, Birliyin nizamnamə və yerli orqanlarının işinin təkmilləşdirilməsi yolu ilə MDB-nin müasir dünyanın reallıqlarına uyğunlaşdırılmasının vacibliyini vurğulayıb.

S.Lavrov qeyd edib ki, 25 il ərzində MDB dövlətlərarası qarşılıqlı fəaliyyətə dair ən mühüm məsələləri səmərəli şəkildə həll etməyə qadir nüfuzlu beynəlxalq təşkilata çevrilib. Rusiyalı nazir aktual problemlərlə bağlı ölkəsinin prioritetlərini açıqlayıb.