XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

31 Yanvar 2016 - 12:52

 Xüsusi Dövlət Mühafizə Xidmətinə yeni səlahiyyət verildi

xususi_dovlet_muhafize_xidmetiNazirlər Kabineti “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər”də dəyişiklik edilməsi haqqında qərar verib.

Lent.az-ın məlumatına görə, Baş nazir Artur Rasizadənin imzaladığı qərar “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” prezidentin fərmanındakı dəyişikliyin icrasını təmin etmək məqsədi ilə verilib.

Beləliklə, “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər”in 11.2-ci yarımbəndinə “Nazirliyi” sözündən sonra, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid olan hissədə isə “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti” sözləri əlavə edilib.