XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

31 Yanvar 2016 - 11:42

Sürüşmə təhlükəsu olan sahələrdə tikinti işləri qadağan edildi –YENİ QƏRAR

fonavtovagzal cokme (1)Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisində coğrafi koordinatları müəyyən edilmiş torpaq sürüşməsi təhlükəsi olan sahələrin xəritələrinin təsdiq edilməsi və bu sahələrdə tikinti işlərinin qadağan edilməsi haqqında” qərar imzalayıb.

Fins.az xəbər verir ki, qərara əsasən, torpaq sahəsinin mənsubiyyətindən asılı olmayaraq, torpaq sürüşməsi təhlükəsi olan sahələrdə sürüşməyə qarşı tədbirlər istisna olmaqla, tikinti işlərinin aparılması qadağan edilib.

Qərarın icrasına nəzarət Fövqəladə Hallar Nazirliyinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə edilib.