XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

23 Aprel 2015 - 09:29

Müsavat başqannın müavini Tofiq Yaqublunun qızı vəfat edib

nergiz.jpg

Yeni Müsavat” qəzetinin sabiq əməkdaşı, Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu Rusiyanın Tomsk şəhərində, müalicə olunduğu xəstəxanada vəfat edib.

Strateq.az bildirir ki, bu barədə musavat.com məlumat yayıb.

O, xeyli müddət idi ki, gənc yaşında yoluxduğu ağır xəstəlikdən müalicə olunurdu və durumu kritik vəziyyətdə idi. Nə yazıq ki, bu gənc, gözəl, bu gün-sabah ana olacaq xanım ağır xəstəliyə qalib gələ bilmədi və bütün sevənlərini, dostlarını, iş və əqidə yoldaşlarını qəhərə boğdu.

Artıq sosiaı şəbəkədə yüzlərlə istifadəçi Nərgizin vaxtsız vəfatından üzüntüsünü dilə gətirir, bu ağır xəbəri və kədəri bir-birilə paylaşırlar.

Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər Nərgiz Yaqublunun vəfatına dair yazıb: “Dünya və biz bu gözəlliyi itirdik. Tanrı ruhunu şad eləsin…”

“Yeni Müsavat” ailəsi Nərgizin yaxınlarına, onu sevənlərə və xüsusi ilə də hazırda həbsdə olan Tofiq Yaqubluya dərin hüznlə başsağlığı verir və səbr diləyir.