XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

18 Avqust 2018 - 12:02

Dövlət Gömrük Komitəsi iş adamlarına müraciət edib- Qurban bayramı ilə əlaqədar

Dövlət Gömrük Komitəsi (DGK) iş adamlarına müraciət edib.

Komitənin mətbuat xidmətindən bildirilib ki, Qurban bayramı ilə əlaqədar Nazirlər Kabinetinin qərarına əsasən, ölkə ərazisində avqustun 22-si və 23-ü qeyri-iş günləri olmasına baxmayaraq avqustun 23-də Bakı Baş Gömrük İdarəsi, Sumqayıt Baş Gömrük İdarəsi, Avtonəqliyyat Baş Gömrük İdarəsi, Aksiz Baş Gömrük İdarəsi və Enerji Gömrük İdarəsi tam iş günündə fəaliyyət göstərəcək. İdxal-ixrac əməliyyatları ilə məşğul olan iş adamlarının müraciətləri əsasında mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi həyata keçiriləcək.