XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

18 Avqust 2018 - 13:25

7 nanometrlik smartfon prosessoru təqdim ediləcək- Dünyada ilk dəfə

“Huawei” 7 nanometrlik texnoloji proses normalarına uyğun istehsal edilmiş prosessorla təchiz ediləcək smartfon təqdim edən ilk şirkət kimi tarixə düşəcək.

Azərtac “hitech.vesti.ru” saytına istinadla xəbər verir ki, şirkətin istehlak bölməsinin direktoru Riçard Yu “Kirin 980” prosessorunun oktyabrda təqdim ediləcək “Mate 20” smartfonuna quraşdırılacağını bildirib.

“Huawei” şirkəti avqustun 31-dən sentyabrın 5-dək Berlində keçiriləcək “IFA 2018” sərgisində yeni mobil prosessorunu rəsmən təqdim edəcək.

“Kirin 980” prosessoru 7 nanometrlik texnoloji proses üzrə hazırlanacaq. Yeni prosessor əvvəlki 10 nanometrlik 970 modelindən 20 faiz daha məhsuldar və enerji baxımından 40 faiz daha səmərəli olacaq. Yeni prosessor 8 nüvəyə (4 “ARM Cortex-A76” və 4 “Cortex-A55”) malik olacaq və takt tezliyi 2,8 QHs-dək çatacaq. Yeni neyron şəbəkə modulunun süni intellekt funksiyaları ilə bağlı məsələlərin işlənməsini sürətləndirəcəyi gözlənilir.