XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

23 Aprel 2015 - 09:43

Hüquq müdafiəçiləri Tofiq Yaqublunun yas üçün buraxılmasına çalışır

Tofiq Yaqublunun azadlığa buraxılması üçün hüquq müdafiəçiləri birləşiblər.

Bu barədə Hafta.az-a hüquq müdafiəçisi Novella Cəfəroğlu məlumat verib. O bildirib ki, hazırda Tofiq Yaqublunun vəfat edən qızı Nərgiz Yaqublunun ölüm xəbərini aldıqları üçün olduqca gərgindirlər:

“Bütün hər kəsə zəng edib tapşırmışam ki, Tofiq Yaqublunu azadlığa buraxsınlar. Onun azadlığa çıxması üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, Müsavat Partiyasının başqan müavini, hazırda həbsdə olan Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu bu gün səhər saatlarında vəfat edib.