XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

18 Avqust 2018 - 15:03

Səfir:"Türkiyə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin uzadılması ilə bağlı layihələr hazırlayıb"

Türkiyə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin uzadılması ilə bağlı layihələr hazırlayıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin Türkmənistandakı səfiri Mustafa Kapucu deyib.

O bildirib ki, əgər Xəzər dənizinin üzərindən logistik xəttin yaradılmasına dair razılıq əldə olunarsa, Türkmənistan artıq bunun üçün lazımi sərmayə yatırıb: “Bizim Bakı-Tbilisi-Qars dəmir yolu xəttini uzatmaqla bağlı layihələrimiz var. Bu maşrut bizim üçün starteji əhəmiyyət daşıyır. Türkmənistan üçün də eyni dəyərə malikdir. Ölkə hazırda qaz və neft satır. Lakin ixracat gəlirlərini çeşidləndirmək istəyərlər”.